Ermənistanda klanlararası dava: bir nəfər öldürüldü
Ermənistanda "Erkrap" könüllülər birliyinin sədr müavini qətlə yetirilib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, 46 yaşlı Nver Ovannisyana Eçmiədzində çoxlu sayda bıçaq xəsarətləri yetirilib. Nver Ovannisyan xəstəxanada keçinib.
News.am saytının bölgə müxbiri Maryam Poqosyan onun keçmiş deputat Akop Akopyanın sifarişi ilə öldürüldüyünü iddia edir: "Onu mitinq iştirakçılarından biri qətlə yetirib. Provokasiyalara rəhbərlik edən şəxslərdən biri isə Akop Akopyan idi. O və onun adamları qarışıqlıq yaratmaq istəyirdi, insanları qanunsuz hərəkətlər etməyə sövq edirdilər".
Nver Ovannisyana Serj Sarkisyanın istefasından bir neçə saat sonra sui-qəsd edilib.
Qeyd edək ki, Akop Akopyan Qarabağ döyüşlərinin iştirakçısı olub. O, 2016-cı ilin aprel döyüşləri zamanı da Qarabağ cəbhəsinə gedib.
"Erkrap” təşkilatı erməni könüllülərinin bir araya gəlməsini təşkil edən qurumdur.