Azərbaycanda Ayətulla adlı narkotik alverçisi tutuldu - OĞLUNU DA CİNAYƏTƏ CƏLB EDİB

Külli miqdarda narkotik vasitənin qanunsuz yolla Azərbaycana gətiril­məsinin qarşısı alınıb.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, aprelin 23-də Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilib, yaxınlıqdakı yaşayış məntəqələrinə hərə­kət yolları qapadılaraq tam nəzarətə götürülüb.

 

Kompleks qoşun və əmə­liyyat-axtarış tədbirləri nəticə­sində İrandan Azər­baycan istiqamə­tində dövlət sərhədini pozmuş İran İslam Res­pub­likası vətəndaşları - 1961-ci il təvəllüdlü Məhtəvi Nasir və 1991-ci il təvəllüdlü Allahyar Ruzbeh saxlanılıblar. Sərhəd pozucularının üzərində 1 ədəd 12 millimetrlik “Winchester” tipli və 1 ədəd 12 millimetrlik qoşalülə ov tüfəngləri aşkarlanaraq götürülüb. Araş­dırma zamanı İran vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycana keçirdikləri külli miqdarda narkotik vasitəni Astara rayonunun Ha­mu­şam kənd sakini, 1950-ci il təvəllüdlü Vahabov Ayətulla Calal oğluna çatdır­maları müəyyən olun­ub.

 

Əməliyyat-axtarış təd­birlərinin davamı olaraq Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi tərəfindən Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsi ilə birgə Vaha­bov Ayətulla Calal oğlu sax­lanılıb, həyətyanı sahə­sində xüsusi yer­də gizlədilmiş yerdə 14 kq 054 qram narkotik vasitə (13 kq 334 qram heroin, 720 qram tiryək) aşkar olu­naraq götürülüb.

 

Bununla yanaşı, və­təndaş A.Vahabovun öz övladı – 1995-ci il təvəllüdlü Vahabov Mikayıl Ayətulla oğlunu narkotik qa­çaq­mal­çılığı ilə əlaqədar cinayətkar fəaliyyətə cəlb etməsi faktı da müəyyən edilib və vətəndaş M.Vahabov da həbs olunub.

 

Fakt üzrə cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd