Şirvanda 14 yaşlı qızı maşın vurdu

Şirvanda 14 yaşlı qızı maşın vurub. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

 

“Mercedes” markalı 10 TO 127 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən Şirvan sakini, 2004-cü il təvəllüdlü Əhmədzadə Leyla Vaqif qızını vurub. Kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

 

Hadisə zamanı yolda hərəkətdə olan digər “Mercedes” markalı avtomobil toqquşmadan yayınmaq üçün manevr edərkən ağaca çırpılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı