AŞPA-dan çağırış: "Türkiyədəki növbədənkənar seçkilər Avropa kriteriyalarına uyğun deyil"
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Türkiyəni 24 iyun növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ötən gün qəbul edilən qərarda səbəb olaraq bu seçkilərin Avropa kriteriyalarına uyğun olmayacağı göstərilib.
Qeyd olunub ki, siyasi partiyalara seçkilərə uyğunlaşmaq və hazırlaşmaq üçün qısa müddət verilib. Həmçinin qərarda seçki qanunvericiliyinin seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya komissiyasının tövsiyələrinə zidd olduğu xatırladılıb.
Türkiyənin baş naziri Binəli Yıldırım isə buna münasibət bildirərək seçimi Türkiyənin edəcəyini deyib.

AŞPA Türkiyəni növbədənkənar seçkiləri təxirə salmağa çağırıb
https://youtu.be/Mqaz0_r1wY4