Goranboyda ilanlar bir evə doluşub - GÜNBƏGÜN ARTIRLAR

Goranboyda yaşayış evinə ilanlar daraşıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov səhər saatlarında öz həyətində uzunluğu 1 metr 40 sm olan ilanı hamam otağına girən zaman öldürüb.

Ev sahibi bildirib ki, aprel ayı girəndən həyətdə 10-dan artıq ilanı görüb ki, onun da 6-sını məhv edə bilib. Kənd sakini evlə yanaşı tövlədə də zəhərli canlının dərisinin qurumuş qabığını tapıb. İlanların yay fəslində deyil, yazda görünməsi ev sahiblərini ciddi narahat edir.

Onlar yaşadıqları həyətin müəyyən hissələrində dərmanlama işləri aparsalar da, sürünənlərin günbəgün daha böyükləri üzə çıxır.

Müəllif | Apa.Tv
Apa.tv