Gürcüstanda güclü yanğın olub - 3 EV YANIB
Gürcüstanın Batumi şəhərində bir neçə fərdi yaşayış evində güclü yanğın baş verib.
APA TV-nin məlumatına görə, evlərin birində başlayan yanğın qısa zaman ərzində qonşu evlərə keçib. Nəticədə 3 ev yanıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb olunub. Yanğının başvermə səbəbi isə məlum deyil. İlkin məlumatlara əsasən, yanğın nəticəsində xəsarət alan yoxdur.
Qeyd edək ki, yanğın baş verən evlər ötən ilin noyabrında 11 nəfərin ölümü ilə nəticələnmiş yanğının olduğu “Leogrand” hoteli yaxınlığında yerləşir.