Toya gedən Şəmkir sakinləri qəzaya düşdü - 2 ÖLÜ, 2 YARALI

Şəmkirdə ağır yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb və aşıb.

İlkin məlumata görə, avtoqəza nəticəsində Şəmkir sakini - 1990-cı il təvəllüdlü Ayaz Allahverdiyev, avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Emin Məmmədov dünyasını dəyişib, 1998-ci il təvəllüdlü Elami Əmiraslanov, onun əmisi oğlu, 1996-cı il təvəllüdlü Xəyyam Əmiraslanov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv