Azad Rəhimov Qubada qəbul keçirdi
Gənclər və idman naziri Azad Rəhimov Qubada vətəndaşları qəbul edib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, görüşə Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarından gələn 40 nəfərə yaxın vətəndaş qatılıb. Qəbulda müraciətlərin əksəriyyəti stadionların, idman zallarının tikintisi, idman bölmələrinin yaradılması ilə bağlı olub. Müraciətlər sırasında qeyri-hökümət təşkilatlarının yaradılması, ipoteka kreditlərinin verilməsi və işlə təmin olunmaq məsələləri də yer alıb.