Azərbaycan və Türkiyə prezidentləri Ankarada görüşdü

Prezident İlham Əliyev Türkiyə səfəri çərçivəsində Ankarada dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

 

APA TV-nin məlumatına görə, prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan birgə şam ediblər.

 

Xatırladaq ki, Azərbaycan və Türkiyə dövlət başçılarının prezident kimi qarşılıqlı səfərləri ənənə halını alıb.

Azərbaycanın dövlət başçısı da ilk xarici səfərini Türkiyəyə edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov