Tramp da erməniləri məyus etdi - "SOYQIRIM" KƏLMƏSİNİ İŞLƏTMƏDİ
ABŞ prezidenti Donald Tramp ermənilərin "soyqırım" kimi təqdim etdiyi 1915-ci il hadisələrinin ildönümü ilə bağlı bəyanat verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ağ Evin yaydığı bəyanatda bu dəfə də "soyqırım" ifadəsi işlədilməyib:
"Biz 1915-ci ildə baş verən hadisələrə görə təəssüflənir və kədərimizi ifadə edirik".
Qeyd edək ki, ABŞ prezidentlərinin 1915-ci il hadisələrinin ildönümünə həsr olunan müraciətləri ənənə halını alsa da, Donald Trampın sələfləri də heç vaxt "soyqırım" ifadəsindən istifadə etməyib.