Gəncədə yaşayış binasında yanğın: ata və 6 övladı xəsarət aldı

Gəncədə məcbur köçkünlərin məskunlaşdığı binada yanğın olub.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Totanlı küçəsində, vaxtı ilə Alüminium zavodunun sanatoriyası olan, hazırda isə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı 3 mərtəbəli binada qeydə alınıb.

 

Hadisə yerinə Gəncə Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun yayılmasının qarşısı alınıb. Binada yaşayan məcburi köçkün, 1975-ci il təvəllüdlü Alməmmədov Malik Hidayət oğlunun mənzilində ev əşyaları yanaraq sıradan çıxıb. M.Alməmmədov və onun 6 azyaşlı övladı yanğın zamanı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Yanğının səbəbləri araşdırılır. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli