Erməni nazir istefa verdi: "Aksiyalara qoşuluram"
Ermənistanın idman və gənclərlə iş üzrə naziri vəzifəsini icra edən Qraç Rostamyan istefa verib və etiraz aksiyalarına qoşulacağını bəyan edib.
APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, o, "Facebook" səhifəsində ümummilli birləşmə çağırışını dəstəklədiyini və aksiyalara qoşulduğunu deyib.
Qraç Rostamyan Respublika və "Daşnaksütyun" partiyasından olan həmkarlarını da xalqa qoşulmağa çağırıb.