Türkiyə Prezident Sarayında Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub
Türkiyə Prezident Sarayında Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Mərasimdə hər iki ölkənin dövlət himni səsləndirilib.
Xatırladaq ki, Azərbaycan və Türkiyə prezidentləri arasında təkbətək görüş olacaq, daha sonra Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək, sonra prezidentlər mətbuata bəyanatla çıxış edəcəklər.