İrəvanda yenidən yollar bağlandı: "Nikol baş nazir olsun!" şüarları
İrəvandakı etirazların növbəti günündə Nikol Paşinyanın başçılığı ilə kütlə Erebuni rayonuna yürüş edib.
APA TV-nin məlumatına görə, aksiyaçılar "Nikol baş nazir olsun!" şüarı səsləndiriblər.
Yüzlərlə etirazçı isə İrəvanın mərkəzi küçələrindən birini bağlayıb.
Bu arada "Vıxod" bloku növbədənkənar parlament seçkilərindən sonra baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürə bilər.
Bunu deputat Edmon Marukyan bildirib: "Sarkisyandan sonra partiyası da istefaya getməsə, ölkədə vəziyyət dəyişməyəcək. İndi biz bütövlükdə sistemin dəyişməsi üçün mübarizə aparmalıyıq. Bizə namizədin təsdiqlənməsi üçün 53 səs lazımdır ki, onların da çoxunu artıq təmin etmişik".
Respublika partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan da namizədlə bağlı mövqelərinin bu gün və ya aprelin 26-da açıqlanacağını bəyan edib.