Fidan Hacıyeva “Cümhuriyyət İli” çərçivəsində silsilə konsertlər verəcək
Azərbaycanın xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva “Cümhuriyyət İli” çərçivəsində silsilə konsert proqramına start verir.
APA TV-nin xəbərinə görə, müğənni bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, konsertlərdə o, dahi Üzeyir Hacıbəylinin tələbəsi Ədilə Hüseynovanın yaradıcılığına müraciət edəcək: "Azərbaycan Xalq Cümhuriyyəti-100" adı altında təqdim edəcəyimiz ilk konsert mayın 6-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Sözügedən konsert Ədilə Hüseynzadənin əsərlərindən ibarət olacaq. Növbəti konsertlər isə mayın 16-da Londonda, mayın 23-də İsveçrədə keçiriləcək".
Fidan Hacıyeva konsertlərdə Ədilə Hüseynzadənin 16 romansını ifa edəcək: "Ədilə xanımın əsərləri o qədər gözəldir ki, bütün dünyada onların tanınmasını istəyirəm. Bu əsərlər fəlsəfə, zəngin melodiya və harmoniyalar üzərində qurulub və Nigar Rəfibəyli, Rəsul Rza kimi böyük şairlərin sözlərinə yazılıb. Bu romansları hər dəfə oxuyanda özüm üçün yeni kəşflər edirəm. O əsərlər sanki bu gün üçün yazılıb".
Xalq artisti yaradıcılığında romanslara üstünlük verməsini bu janrın unudulmaqda olması ilə əlaqələndirir. Bildirir ki, illər öncə Bülbülün, Şövkət Ələkbərovanın, Fidan və Xuraman Qasımovaların ifasında səslənən romanslar artıq unudulub və bu, heç də yaxşı hal deyil. İllər öncə efirlərdə romanslar.
Xatırladaq ki, konsertlərdə əsərlər Fidan Hacıyevanın ifasında yeddi dildə – Azərbaycan, italyan, ispan, rus, alman, ingilis, fransız dilində səslənəcək. Opera müğənnisi konsert proqramını daha sonra İtaliya, Fransa, Türkiyə və s. ölkələrdə təqdim edəcəyini də bildirib.