Sərnişin marşrut sürücülərini döydü - LƏNKƏRANDA
Lənkəranda kütləvi dava olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzindəki bazar ərazisində, çayxanada qeydə alınıb.
Tükəvilə-Bazar xətti üzrə hərəkət edən marşrut mikroavtobusunun sürücüsü Veravul kənd sakini, 60 yaşlı Musayev Azər Ağabala oğlu və digər bir sürücü, 48 yaşlı Hüseynov İslam İsa oğlu ilə sərnişin arasında hələlik məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Nəticədə Azər Musayev və İslam Hüseynov sərnişin tərəfindən döyülüb. Onlar müxtəlif dərəcəli xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.