Makron: "Sonadək Suriyada qalacağıq"
Fransa Suriyada hərbi iştirakını artıracaq. APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda keçirdiyi mətbuat konfransında bəyan edib.
“Biz Suriyadakı beynəlxalq koalisiyanın fəaliyyətinə verdiyimiz töhfəni artırmaq niyyətindəyik. İŞİD-lə mübarizə məsələsində bütün öhdəliklərimizə sadiqik. Biz bu ümumi mübarizədə iştirak edirik və bunu sonadək davam etdirəcəyik", - deyə E.Makron qeyd edib.
O həmçinin bildirib ki, Fransa bölgədəki təhlükəsizliyin möhkəmləndirilməsi üçün müttəfiqləri ilə birlikdə çalışacaq.