Ərdoğan: “Hakan Şükür millət vəkilliyindən istefa verməlidir!”

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan sabiq partiyadaşı Hakan Şükürü parlamentdən istefa verməyə çağırıb. APATV-nin məlumatına görə, Hakan Şükürün AKP sıralarını tərk etməsini dəyərləndirən baş nazir bildirib ki, onun atdığı addım əxlaqi prinsiplərlə bir araya sığmır. O bildirib ki, Hakan Şükür AKP-nin siyasi gücü hesabına millət vəkili seçilib və əgər sabiq futbolçu partiya sıralarını tərk edirsə, o zaman millət vəkilliyindən də istefa verməlidir. O belə bir addımı yalnız əxlaqi dəyərlərə sahib insanın ata biləcəyini söyləyib və dolayı yolla Hakan Şükürü siyasi əxlaqsızlıqda ittiham edib.


Qeyd edək ki, AKP İstanbul millət vəkili Hakan Şükür dünən bəyanat verərək partiya sıralarını tərk edib.

 

Müəllif | Apa.Tv
Apa.tv