Xaçmazda soyuducu anbar yanıb
Xaçmaz rayonu ərazində yanğın baş verib.
APA TV-nin şimal bürosunun xəbərinə görə, rayonun Sərkərli kəndində işlək vəziyyətdə olmayan, ümumi sahəsi 1000 kv. metr olan soyuducu anbarın 100 kvadratmetr sahəsi yanıb.
Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır.