Bakıda avtomat satmaq istəyən keçmiş məhkum tutuldu

Bakıda keçmiş məhkumdan odlu silah götürülüb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Hacıyevdə odlu silah-sursat olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

 

Bölmə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə A.Hacıyevin əlindəki çantaya baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və patronlar aşkarlanaraq götürülüb.

 

Faktla  bağlı zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd