ABŞ yeni nüvə silahını sınaqdan keçirdi

ABŞ yeni qitələrarası ballistik raketlərini sınaqdan keçirib.

 

APA TV-nin məlumatına görə, Pentaqondan "Minuteman III" adlandırılan raket kompleksinin sınağının uğurla başa çatdığı bildirilib.

 

"Minuteman III" test zamanı öz uçuş trayektoriyasından çıxmamış və seçilmiş hədəfləri tam dəqiqliklə məhv etmişdir. Hədəfin vurulma tezliyi barədə məlumatlar isə mərkəzə tam və dəqiq şəkildə ötürülüb"- deyə, hesabatda qeyd olunur.

 

Qeyd edək ki, Kaliforniya ştatının Vandenberq şəhəri yaxınlığındakı bazada keçirilən sınaq vuruşları "Minuteman III"lərin ümumilikdə 2-ci sınağıdır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı