Məhəmməd Salaha Məkkədə geniş torpaq ərazisi bağışlandı

"Liverpul" klubunun misirli ulduzu Məhəmməd Salaha Məkkədə geniş torpaq ərazisi hədiyyə edilib.

APA TV-nin məlumatına görə, bu barədə Məkkə Bələdiyyəsindən yerli mətbuata açıqlama verilib.

Təklifin vəliəhd Məhəmməd bin Salman tərəfindən alqışlandığı bildirilir. Bundan başqa, Məhəmməd Salahın başqa istəkləri olarsa, onların da nəzərə alınacağı deyilir.

"Futbolçu seçimini Harəm bölgəsi istisna olmaqla istənilən ərazidən edə bilər. O istərsə, həmin ərazi onun mülkü olacaq" - deyə, açıqlamada qeyd olunur. 

Bu addımın dünyada ad çıxarmaq istəyən müsəlman gənclərə həvəsləndirici bir jest olduğu, həmçinin Böyük Britaniyada İslama yanaşma tərzinə müsbət təsir edəcəyi də vurğulanır.

Xatırladaq ki, misirli futbolçu aprelin 24-də keçirilən Çempionlar Liqasının yarımfinalında "Roma" ilə oyunda göstərdiyi performansla dünya mediasının gündəminə düşüb.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı