Azərbaycan prezidenti BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
İngiltərədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
APA TV-nin məlumatına görə, görüşdə "Şahdəniz" layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb, "Şəfəq-Asiman" strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycanla BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.