Ermənistanda həbsxanalar da qarışdı - DUSTAQLAR QAÇMAĞA CƏHD ETDİ
İrəvandakı "Nubaraşen" həbsxanasından kütləvi qaçışa cəhd olub.
APA TV-nin məlumatına görə, bu barədə Ermənistanın Baş Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 25 aprel yerli vaxtla 15:00 radələrində qrafikə uyğun gəzinti zamanı bir qrup məhkum nəzarətçilərə hücum edərək xidməti açarları əllərindən alıb, daha sonra qaçmağa cəhd göstərib.
Məlumatda həmçinin cəhdin qarşısının alındığı və faktla bağlı cinayət işinin başlandığı da bildirilib.