Ermənistanda kütləvi istefalar - NAZİRLƏR, QUBERNATORLAR...
Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan hakim Respublika partiyasının sədrliyindən də istefa verib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, partiya daxili müzakirələr zamanı Serj Sarkisyan baş nazir postundan getməsinin səbəbini izah edib, ölkədə sülh və stabillik naminə sədr vəzifəsindən də istefa verdiyini açıqlayıb.
Hələlik yeni sədr seçilməyib.
Bu arada Daşnaksütun partiyasından olan nazir və qubernatorlar da istefa verib.
Ərazi idarəetmə və inkişaf üzrə nazir David Lokyan, təhsil və elm naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan istefa qərarlarını açıqlayıblar.
Ermənistanda yeni baş nazirin seçilməsi məsələsi isə may ayında müzakirə ediləcək.
Bu barədə Ermənistan parlamentinin sədri Ara Babloyanın bəyanatında deyilir.
Qeyd edilib ki, məsələ ilə bağlı mayın 1-də xüsusi iclas keçiriləcək.