Ağsuda şagird məktəbdə qidadan zəhərlənib

Ağsu rayonunda məktəbli uşaq zəhərlənib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ağsu şəhərindəki 2 saylı tam orta məktəbdə baş verib.

 

Həmin məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu təhsil ocağının bufetində satılan qablaşdırılmış quru çörək olan suxarını alıb yedikdən sonra zəhərlənib. Qəflətən halı pisləşən uşaq təcili olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Əzizağa Nəsibov bufetdə suxarı yediyini, sonra isə məktəbin həyətində alça yedikdən sonra zəhərləndiyini deyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov