Xameneyi dünya müsəlmanlarını cihada səslədi - ABŞ-A QARŞI

"Dünya müsəlmanları ABŞ-a qarşı cihada başlamalıdır".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu  sözləri İranın dini lideri Ayətullah Xameneyi deyib.

 

Vaşinqtona heç bir zaman təslim olmayacaqlarını qeyd edən dini lider, qərbin İran barədəki planlarının gerçəkləşməyəcəyini vurğulayıb: "İran xalqı Amerika və digər qüvvələrin zorakılığına qarşı həmişə müqavimət göstərib və göstərəcək. Bütün dünya müsəlmanları ABŞ-a qarşı bir cəbhədə yer almalıdır. Onlar islamı məhv etmək istəyirlər. Müsəlmanlar arasında fitnə-fəsad törədirlər".

 

Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Fransa prezidenti Emmanuel Makron Donald Trampın İranla imzalanan nüvə razılaşmasını ləğv etmək istəyinə qarşı "bu razılaşmaya alternativ olmadığından hələ ki, qüvvədədir" - deyə, açıqlama verib.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı