Bakıda ikiotaqlı mənzildə yanğın olub - SAKİNLƏR TƏXLİYYƏ EDİLİB
Bakıda yaşayış binasında yanğın baş verib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda qeydə alınıb.
Yanğın ümumi sahəsi 69 kv/m olan ikiotaqlı mənzildə yaranıb. Yaşayışın olmadığı mənzildə yanğın zamanı 8 kv/m sahədə məişət tullantıları yanıb. Hadisənin qarşısının alınması zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyyə edilib.
Mənzil yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülərək genişlənməsinə imkan verilməyib.