Şamaxıda QANLI DAVA: QAYNI YEZNƏSİNİ BIÇAQLADI
Şamaxıda yaxın qohumlar arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. APA TV-nin məlumatına görə, hadisə rayonun Cəfər Cabbarlı küçəsi, ev 46 ünvanında qeydə alnıb. Şamaxı rayon sakini, 1981-ci il təvəllüdlü Şaiq Mustafayev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qayını İlqar Xələfovu bıçaqlayıb. Qohumların verdiyi məlumata görə, yeznə Şaiq Mustafayev qaynı İlqar Xələfovu öz yaşadığı ünvana çağırıb və aralarında bir neçə saat mübahisə olub. Mühabisə sonradan daha da böyüyərək qanla nəticələnib.
Şaiq Mustafayev evdəki mətbəxt bıçağını götürərək yeznəsinə bir neçə bıçaq zərbəsi endirib. Qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən 31 yaşlı İlqar Xələfov cərrahiyyə əməliyyatı olunub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şaiq Mustafayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.