Mayk Pompeo ABŞ-ın dövlət katibi seçildi - SENAT TƏSDİQLƏDİ

ABŞ Senatı Mayk Pompeonu dövlət katibi postuna təsdiqləyib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun təyinatı 100 senatordan 57-si tərəfindən dəstəklənib.

Bundan əvvəl Mayk Pompeonun namizədliyi Senatın Xarici İşlər Komitəsi tərəfindən dəstəklənmişdi.

M.Pompeo andiçmə mərasimindən sonra rəsmi olaraq dövlət katibi səlahiyyətlərinin icrasına başlayacaq.

Qeyd edək ki, M.Pompeo 2017-ci ilin yanvarından 2018-ci ilin martınadək Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Müəllif | Apa.Tv
Apa.tv