ABŞ-da neft emalı zavodu partlayıb - 20 YARALI
ABŞ-ın Viskonsin ştatında yerləşən neft emalı zavodunda partlayış baş verib. APA TV xəbər verir ki, partlayış nəticəsində azı 20 nəfər xəsarət alıb.
Syupirior şəhərinin yanğın xidmətindən verilən açıqlamaya görə, hadisə zamanı xam neftin və ya bitum konteynerinin partladığı ehtimal olunur. Partlayışdan sonra yanğın baş verib. Zavod işçiləri təxliyyə olunub. Alov güclü olduğundan onun lokallaşdırılması bir neçə saat vaxt alıb.
Xəsarət alanlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, qalanlarına yerindəcə tibbi yardım göstərilib.
Hadisə yerindən bir mil radiusda əhalinin evakuasiyası elan edilib.