Dərbənddə antiterror əməliyyatı - 11 İŞİD-Çİ MƏHV EDİLDİ

Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib.

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıbmışlar.

Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Saxlanılan zaman silahlı müqavimət göstərmiş İŞİD tərəfdarları cavab atəşi ilə məhv edilib. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv