ABŞ Türkiyəyə "F-35" qırıcılarının satışını dayandıra bilər - KEŞİŞİN HƏBSİNƏ GÖRƏ

ABŞ senatorları "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü bloklamağa çalışır.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qanun layihəsi senatorlar Ceyms Lenkford, Janin Şahin və Tom Tillis tərəfindən irəli sürülüb.

Senatorlar niyyətlərini amerikalı keşiş Endrü Bransonun Türkiyədə həbsdə olması ilə əlaqələndirir.

Qeyd edək ki, E.Branson Türkiyədə 2016-cı ildə dövlət çevrilişi cəhdində əlaqəli olmaqda ittiham edilərək həbs olunub.

Müəllif | Apa.Tv
Fərid Rəsulov