MOTOSİKLET YÜK MAŞININA ÇIRPILDI, 2 gənc yaralandı

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində qeydə alınıb. Xaçmaz sakini Elşən İsrafilovun idarə etdiyi motosikletlə 33 yaşlı Məmmədxan Səfərəliyevə məxsus “Qazel” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, 26 yaşlı Elşən İsrafilov və motosikletin sərnişini, 24 yaşlı Emin Xanməmmədov xəsarət alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Elşən İsrafilova qapalı kəllə-beyin travması, Emin Xanməmmədova isə sağ diz qapağının sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdımalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan