Koreya yarımadasını relslər birləşdirəcək - DANIŞIQLARIN İLK RAUNDU BİTDİ
Şimali və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn arasında danışıqların ilk mərhələsi başa çatıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, danışıqlar zamanı Kim Çen In iki Koreya arasında qarşıdurmanın başa çatdırılmasını, Mun Çje İn isə iki ölkə arasında dəmir yolu rabitəsinin qaydaya salınmasını təklif edib.
Tərəflər Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələlərin müzakirəsini davam etdirəcək.
Xatırladaq ki, Cənubi və Şimali Koreya liderləri arasında görüş bu gün demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom sərhəd məntəqəsində keçirilib.