Dəməşq su altında - ŞƏHƏRİ SEL BASDI
Suriyanın paytaxtında sel təhlükəsi yaranıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, leysan yağışları nəticəsində şəhərin bir çox küçə və məhəlləsini su basıb.
Yağışlar qasırğa ilə müşayiət olunur. Sel suları bəzi əraziləri artıq keçilməz edib. Həmin küçələrdə nəqliyyatın hərəkəti dayanıb, infrastruktura ciddi ziyan dəyib.
Rəsmi mənbələr xeyli evin su altında qaldığını bildirir.