Paşinyan prezidentlə görüşdü, Karapetyan yenə "yox" dedi

Ermənistanda davam edən aksiyaların lideri Nikol Paşinyanla ölkə prezidenti Armen Sarkisyan arasında görüş olub. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu barədə Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.

"Biz hazırkı vəziyyəti və bu vəziyyətdən çıxış yollarını müzakirə etdik. Armen Sarkisyan özü ilə 7 il əvvəl Böyük Britaniya vətəndaşlığından çıxdığını isbat edən sənədləri də gətirmişdi".

Bu arada Karen Karapetyan Nikol Paşinyanın görüş təklifini qəbul etməyib.

Xatırladaq ki, onların arasında aprelin 25-də planlaşdırılan görüşü də baş tutmamışdı.

Karen Karapetyan Nikol Paşinyanın görüşün formatı, gündəliyi və işıqlandırılmasına dair birtərəfli şəkildə tələblər irəli sürdüyünü bildirmişdi.

 

 



 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı