Tovuzda 29 yaşlı kişini əqrəb sancdı
Tovuz rayon sakinini əqrəb sancıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndinin Avaztəpə yaşayış massivində baş verib.
Orada yaşayan 1989-cu il təvəllüdlü Əhmədov Bəhruz Məzahir oğlunu həyətdə iş görən zaman əqrəb sancdığı bildirilir.
Ayağını əqrəb sancan B.Əhmədov dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.