Elmar Məmmədyarov: "Ermənistan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan albaniyalı həmkarı Ditmir Buşatini qəbul edib.

 

APA TV -nin məlumatına görə, nazir Elmar Məmmədyarov ölkəsinin haqqlı mövqeyini dəstəklədiyi üçün Albaniya xarici işlər naziri Ditmir Buşatiyə öz təşəkkürünü bildirib. Həmçinin, nazir regionda sülhün və davamlı inkişafın təmin olunması üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının zəruri olduğunu diqqətə çatdırıb.

 

Öz növbəsində albaniyalı nazir ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib.

 

Görüşdə Azərbaycanla Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub və tərəflər üçün maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv