Lənkəranda 3 azyaşlı zəhərləndi - BALIQDAN VƏ DƏRMANDAN
Lənkəranda bir azyaşlı balıqdan, iki azyaşlı uşaq isə dərmandan zəhərlənib. APA TV-nin cənub bürosunun məlumatına görə, ilk hadisə rayonun Günəhir kəndində qeydə alınıb.
Valideynlərinin dediyinə görə, 11 yaşlı Əliyeva Elza Səxavət qızı əvvəlcə bağırsaq qurdu əleyhinə dərman, daha sonrakı vaxtlarda isə balıq, oun kürüsünü və digər qidalar qəbul edib. Sonra halı pisləşən uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının yerləşdirilib. E.Əliyevaya tibbi yardım göstərilib. Müayinələr zamanı onun balıqdan zəhərləndiyi məlum olub.
Digər zəhərlənmə faktı isə rayonun Mamusta kəndində qeydə alınıb. 5 yaşlı Fərəcov Hüseyn Fərid oğlu və onun bacısı 3 yaşlı Arifə Fərəcova dərmandan zəhərlənib. Onlar valideynlərinin nəzarətindən yayınaraq stolun üzərində olan "Valerian" dərmanını götürüb içib.
Hər iki azyaşlı da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. H.Fərəcov və A.Fərəcovaya tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.