Xaçmazda avtomobil üç nəfəri vurub

Xaçmazda piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin "Bakı" prospektində baş verib. "Nissan” markalı avtomobil yoldan keçən 3 nəfəri vurub. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv