Tramp: "İrana hərbi müdaxiləni istisna etmirəm"

"İranın Suriya və Livanda təsiri məhdudlaşdırılacaq". APA TV-nin "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, bunu Vaşinqtonda səfərdə olan Almaniya kansleri Angela Merkel bəyan edib.

 

“İranın Suriya və Livana təsir etməsi danılmaz faktdır. Bu çox böyük narahatlıq doğurur, biz bu təsirlərin məhdudlaşdırılmasına nail olmalıyıq”, - deyə A.Merkel qeyd edib.

 

O həmçinin bildirib ki, heç kim Rusiya ilə pis münasibətlərdə maraqlı deyil:  “Amma münaqişələr yarananda, Ukraynadakı kimi hadisələr baş verəndə, hər şeyi öz adı ilə adlandırmaq lazımdır”.

 

İranla Qərb ölkələri arasında imzalanan nüvə razılaşmasına toxunan ABŞ prezidenti Donald Tramp isə razılaşma pozulacağı təqdirdə, İrana hərbi müdaxilənin mümkünlüyünü istisna etməyib.

 

"İrandakı qanlı rejimin nüvə silahı əldə etməyəcəyinə əmin olmalıyıq. İran heç vaxt nüvə silahı istehsal etməyəcək. İŞİD-lə mübarizəmiz sona çatır. İranın burada yaranan boşluqdan öz lehinə istifadə etməsinə imkan verməyəcəyik" - deyə Ağ Ev rəhbəri söyləyib.

 

O, Qüdsdə ABŞ səfirliyinin açılış mərasimində iştirak edə biləcəyini də deyib: “Gedə bilərəm və bununla qürur duyaram. Uzun illərdir ki, bir çox prezidentlər Qüdsdə Amerika səfirliyinin açılmasına söz veriblər. Lakin onların vədlərini yerinə yetirməyə cəsarətləri çatmayıb. Mən isə bunu etdim. Hazırda səfirliyin açılması üçün hazırlıq işləri davam etdirilir”.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı