Salyanda dəhşətli qəza: 2 ölü
Ötən gün gecə saatlarında Salyan şəhərinin girişində ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 1977-ci il təvəllüdlü Zaur Fəryad oğlu Hüseynovun idarə etdiyi “KamAZ” markalı 42 BU 105 dövlət nömrə nişanlı avtomobillə Neftçala rayonunun Beşdəli kənd sakini, 27 yaşlı Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı 90 UO 631 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Mercedes"in sürücüsü və sərnişini, Neftçala rayon Ərəbqardaşbəyli kənd sakini, 26 yaşlı İlqar Əbil oğlu Abasov hadisə yerində ölüb.
Avtomobildə sıxılıb qalmış cəsədlər FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.