Çavuşoğlu: "YPG Menbiçdən çıxmasa, hücum edəcəyik"

"Yol xəritəsi tətbiq olunarsa, YPG Menbiçdən çıxacaq".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo ilə Brüsseldə keçirdiyi görüşdən sonra verdiyi açıqlamada deyib.

 

Çavuşoğlu görüşdə Menbiç barədə müzakirələr aparıldığını və bir sıra qərarların verildiyini qeyd edib: "Yol xəritəsi tətbiq olunandan sonra YPG Menbiçdən çıxacaq. Bunun əksi olacağı təqdirdə, biz Afrində olduğu kimi, Menbiçdə də hərbi əməliyyat təşkil edəcəyik. Pompeo qərarlı idi və nə etməli olduğumuzu bilirdi. Menbiçdə planlı şəkildə atılmalı olan addımlar var. Bölgədə ABŞ-la birlikdə hərəkət edəcəyik".

 

Çavuşoğlu Pompeo ilə danışıqlarında Türkiyənin Rusiyadan "S-400"-lər alması məsələsinin də müzakirə edildiyini bildirib və bununla bağlı qərarlarının dəyişməz olduğunu diqqətə çatdırıb.

 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı