Ticarət müəssisələrində yanğın təhlükəsizliyi necə təmin olunmalıdır?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYMX) Lənkəran şəhərində “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda regional seminar-müşavirə keçirib. APA TV-nin Cənub bürosunun məlumatına görə, ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısını almaq məqsədi ilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

 

Tədbirdə “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” adlı video-stend nümayiş etdirilib, həmçinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış eyni adlı yaddaş kitabçası sahibkarlara paylanıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Müəllif | Apa.Tv