Nikol Paşinyan II Qareginlə görüşüb

Ermənistanın "Vətəndaş Anlaşması" partiyasının lideri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginlə görüşüb.

 

APA TV-nin məlumatına görə, görüşdə onlar Ermənistandakı mövcud vəziyyət və gələcəkdə hansı işlərin görüləcəyi barədə müzakirələr aparıblar.

 

Görüşdən sonra Nikol Paşinyan öz "Facebook" hesabında bunları yazıb: "Bir az öncə Eçmiədzində katolikos II Qareginlə görüşdüm. Mövcud vəziyyəti müzakirə etdik və onun həlli yollarını araşdırdıq".

Müəllif | Apa.Tv
Hikmət Zeynallı