Səudiyyə Yəməndə husilərin mövqelərini bombaladı - ÖLƏN VƏ YARALANANLAR VAR
Səudiyyə Ərəbistanı Yəməndə husilərə aid mövqeləri bombalayıb.
APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus hərbi hava qüvvələri Yəmənin paytaxtı Sanada husilərə aid binalara aviazərbələr endirib.
Zərbələr nəticəsində ölü və yaralıların olduğu qeyd olunur.
Husilər isə bəyan edib ki, bu zərbələrə görə Səudiyyə Ərəbistanı tezliklə cavab verəcək.