Lənkəranda Yaponiyadan gətirilmiş çay çilingləri əkilir

APA TV-nin cənub bürosunun xəbərinə görə, yeni çay sortlarının gətirilməsi "Astaraçay" kənd təsərrüfatı müəssisəsi və Yaponiyanın çayçılıq üzrə ixtisaslaşmış şirkəti arasında bağlanmış müqavilə əsasında baş tutub.

 

Aqronom Rövşən Əliyev deyir ki, Yaponiyadan gətirilmiş çay çilingləri yüksək məhsuldarlığı ilə seçilir: "2500 ədəd 3 çay növü gətirilib. Burada 15 sot sahədə əkilib. Sahəmiz yapon texnologiyasına uyğun hazırlanıb. Onun torpağı xüsusi polietilen örtüklə örtülüb. Bir-iki cərgə yapon mütəxəssislərinin göstərişi əsasında əkilib".

 

Yeni sortların əkin üsulu fərqlidir. Belə ki, cərgələr polietilen örtüklərlə örtülür, daha sonra xüsusi alət vasitəsilə torpaq üzərindəki həmin örtüklərdə deşiklər açılmaqla çilinglərin əkini həyata keçirilir: "Bunun əhəmiyyəti ondan ibarətdir ki, çay bitkisi daha az - 4-5 il müddətinə məhsuldarlığa düşür. Keyfiyyəti yüksək olur. Məhsuldarlıq bizim çay sortlarından fərqli olaraq, 18 tondan yüksək olur".

 

Xaricdən gətirilmiş yeni çay sortları üç il ərzində sınaq müddəti keçdikdən sonra artırılaraq yeni ərazilərə köçürüləcək

Müəllif | Apa.Tv
Elnur Ələkbərov