Putin öz yazdıqlarını oxuya bilmədi - NONSENS
Rusiya prezidenti Vladimir Putin çətin anlar yaşayıb.
APA TV-nin Rusiya mediasına istinadən xəbərinə görə, hadisə Kreml rəhbərinin Qanunvericilik Şurasının üzvləri ilə görüşü zamanı baş verib.
Görüş zamanı deputatların təkliflərini qeyd edən Vladimir Putin söz ona verildiyi zaman öz qeydlərini oxuya bilməyib. Bir müddət yazdıqlarından baş çıxarmağa çalışan Rusiya prezidenti sonda "sanki toyuq pəncəsi kimi yazmışam, öz yazdıqlarımı oxuya bilmirəm. Çoxlu maraqlı təklifləriniz var idi" deyə bildirib.
Bu hadisə zaldakıların gülüşünə səbəb olub.