Şəkidə NARKOTACİR TUTULDU

Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçiriblər. Şöbədən APA TV-yə verilən məlumata görə, keçirilmiş tədbir nəticəsində Şəki şəhər sakini, 1968-ci il təvəllüdlü Osmanov Taleh Adışirin oğlu şübhəli şəxs qismində saxlanılıb. Taleh Şirinovun yaşadığı mənzilə baxış zamanı oradan 12 ədəd kibrit qutusunda ümumi çəkisi 89,91 qram qurudulmuş marixuana, 65 qram tiryək və 15 qram ağır narkotik vasitə hesab edilən heroin aşkarlanaraq, götürülüb.

 

Şəki ŞRPŞ-nin müstəntiqi Rüfət Mustafazadə deyib ki, əməliyyat-istintaq qrupu yaradılıb və həmin yerdə  axtarış tədbirləri keçirilib. Həmin hadisə yerində iştirak etmiş şəxslər narkotik vasitələri qablaşdırmaqla maddi subutla birlikdə istintaq orqanlarına təqdim ediblər.
İlkin araşdırma zamanı Taleh Osmanovun narkotik vasitələrin satışı ilə məşğul olması aşkarlanıb.

Saxlanılan şəxs peşman olduğunu deyib.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov